Tramp Zelenskiyə qarşı tələblərindən birini ləğv edir

DÜNYA 30 aprel 2025, 23:49
ABŞ prezidenti Donald Tramp Rusiya ilə sülh sazişi çərçivəsində Ukraynada seçkilərin keçirilməsi şərtini geri götürəcək.

Demokrat.az
xəbər verir ki, bu barədə “The Telegraph” məlumat yayıb.

Nəşrin yazdığına görə, Tramp sülh üçün Ukrayna prezidenti Vladimir Zelenskidən seçkilərin keçirilməsini tələb etməyəcək.

Bu güzəşt avropalı diplomatlarda şübhələrə səbəb olub, çünki ABŞ eyni zamanda digər sahələrdə Kiyevə təzyiqləri artırır.

Ukraynanın Baş naziri Denis Şmıxal bəyan edib ki, Kiyev və Vaşinqton yaxın vaxtlarda mineral ehtiyatlara dair sazişi imzalayacaqlar.


Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top