Husilərdən Böyük Britaniyaya ciddi ZƏRBƏ

DÜNYA 30 aprel 2025, 20:53
Yəmənin şimalını idarə edən şiə hərbi-siyasi hərəkatı olan Ənsar Allah (Husilər) Böyük Britaniya donanmasına məxsus gəmilərin Qırmızı və Ərəbistan dənizlərindən keçməsinə qadağa qoyub.

Demokrat.az
xəbər verir ki, bu barədə “RİA  Novosti” bildirib.

Qeyd olunur ki, bu, Londonun ABŞ-ın zərbələrinə qoşulmaq niyyətini bəyan etməsindən sonra edilib.

Məlumatda bildirilir ki, hərəkat Amerika və İsrail gəmilərinə qarşı hərəkətləri kimi Qırmızı dəniz, Ərəbistan dənizi və Ədən körfəzi vasitəsilə Britaniya ticarət gəmiçiliyinə qadağa qoymaq niyyətindədir.

Qadağa Böyük Britaniya iqtisadiyyatına ciddi təsir edəcək.


Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top