Türkiyəli mütəxəssis, geofizika mühəndisi Ahmet Ercan 6.2 bal gücündə zəlzələdən sonra İstanbulda ən dayanıqlı və ən dayanıqsız hesab etdiyi bölgələrin xəritəsini paylaşıb və eyni zamanda xəbərdarlıq edib.
Bu barədə Demokrat.az "Haber Global"a istinadən xəbər verir.
Qeyd edək ki, bəzi mütəxəssislər 7 baldan yuxarı zəlzələ riskinin olmadığını bildirsələr də, bəziləri də İstanbulda böyük zəlzələ ola biləcəyini bildirirlər.
"Geofiziki xəritə zəlzələ zamanı torpağın hərəkətini, eləcə də tikinti üçün dayanıqlılığını göstərən əsas məlumatları əks etdirir. Zəlzələ zamanı dağıntıların 65 faizi torpaq qatından, 35 faizi isə tikilidəki problemlərdən qaynaqlanır. Həll yolu möhkəm yerdə möhkəm tikili inşa etməkdir", - deyə mühəndis vurğulayıb.
Ahmet Ercanın sözlərinə görə, xəritədəki lacivərd rəngdə yerlər ən dayanıqlı, ən təhlükəsiz bölgələri əks etdirir, yaşıl - dayanıqlı, təhlükəsiz bölgələri, sarı - dayanıqsız, təhlükəli bölgələri, qəhvəyi - ən dayanıqsız, ən təhlükəli bölgələri göstərir.
"Xəritədə yaşadığınız tikilinin olduğu bölgəni tapıb qiymətləndirmə aparın", - deyə mütəxəssis xəbərdarlıq edib.