Dünya

ABŞ Rusiya-Ukrayna münaqişəsinin yekunlaşması üzərində işləyir

ABŞ Rusiya-Ukrayna münaqişəsinin yekunlaşması üzərində işləyir

Vaşinqton Rusiya-Ukrayna münaqişəsinin başa çatdırılması üzərində işləməyə və hər iki tərəfin liderləri ilə əlaqə saxlamağa davam edir.

Bu barədə ABŞ Prezidenti Donald Tramp Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyasında bildirib.

"Biz hər iki tərəfin liderləri ilə çox sıx işləyirik", - o deyib və əlavə edib ki, işlər insanların fərqində olduğundan daha sürətli gedir.

Tramp qeyd edib ki, hər ay münaqişə nəticəsində təxminən 25 min gənc həlak olur.

O həmçinin bildirib ki, bu yaxınlarda Konqres tərəfindən qəbul edilmiş Rusiyaya qarşı sanksiyalarla bağlı qanun layihəsini imzalayıb və bu qanun əlavə məhdudiyyətlərin tətbiqi sahəsində onun səlahiyyətlərini genişləndirir.

Tramp bildirib ki, zərurət olduqda bu səlahiyyətlərdən istifadə edəcək və qanun Rusiyaya qarşı məhdudiyyətlərin sərtləşdirilməsinə yönəlib.(Report)

NE
Nihadə Eyyubova