ABŞ Prezidenti Donald Tramp İranla sazişin noyabrın əvvəlində ABŞ Konqresinə keçiriləcək aralıq seçkilərindən dərhal sonra bağlana biləcəyini mümkün hesab edib.
Demokrat.az xəbər verir ki, o bu barədə Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyasında bildirib.
"Hesab edirəm ki, seçkilərdən dərhal sonra biz saziş bağlayacağıq, çünki onların bundan imtina etməsinin mənası yoxdur", - Tramp vurğulayıb.
Onun sözlərinə görə, İran ABŞ-dəkı aralıq seçkilərinin nəticələrini gözləyir.
"Onlar mənim aralıq seçkilərdə necə nəticə göstərəcəyimi görmək istəyirlər. Amma başa düşmürlər ki, bu seçkilərdə iştirak etmirəm. Mən artıq seçkidə iştirak etmişəm və inamlı qələbə qazanmışam. Seçkilərdə Respublikaçılar Partiyası iştirak edir və mən ona kömək edəcəyəm, lakin özüm namizəd deyiləm", - Tramp aydınlıq gətirib.
ABŞ liderinin sözlərinə görə, İranla bağlı vəziyyətin inkişafı üçün yalnız iki variant var - sazişin bağlanması və ya müharibənin davam etdirilməsi.
"Lakin mən vacib bir qərar qəbul etməliyəm. İranla ona bərpa olunmağa və əvvəlkindən qat-qat daha qüdrətli bir ölkəyə çevrilməyə imkan verəcək saziş bağlanacaqmı? Bəlkə də Yaxın Şərqin, hətta dünyanın ən əzəmətli ölkələrindən birinə... Yoxsa mən İslam Respublikasını məhv etməliyəm?", - Tramp bildirib.

