Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti Qubanın Qrız kəndində yerləşən Əbu Müslüm məscidinin acınacaqlı vəziyyəti ilə bağlı tarixçi alim Elnur Nəciyevə məktub ünvanlayıb.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, məktubda deyilir:
“Hörmətli Elnur Nəciyev,
Sizin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli Qərarı ilə yerli əhəmiyyətli memarlıq abidəsi kimi dövlət qeydiyyatına alınmış, Quba rayon, Qrız kəndində yerləşən “Əbu Müslüm” məscidinin (4664 inventar nömrəli) təmir-bərpa olunmasına köməklik edilməsi barədə 11.04.2025-ci il tarixli Azərbaycan Respublikasının Milli Məclisinə müraciətinizə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətində baxılmışdır.
Sözügedən abidənin təmir-bərpasına Mədəniyyət Nazirliyi üzrə növbəti illər ərzində dövlət büdcəsindən dövlət əsaslı vəsait qoyuluşu hesabına tikintisi nəzərdə tutulmuş layihələrin siyahısının tərtibatı zamanı baxılacaqdır.
Eyni zamanda bildiririk ki, “Tarix və mədəniyyət abidələrinin qorunması” haqqında Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən abidələrin qorunması, öyrənilməsi, bərpası və konservasiyası dövlət büdcəsindən və yerli büdcələrdən ayrılan vəsaitlər, fiziki, hüquqi şəxslərin maliyyə yardımları və ianələri hesabına maliyyələşdirilir.
Nəzərə almağınızı xahiş edirik”.
Elgün Xəlil
Demokrat.az