Bakıda Azərbaycan Şahmat Federasiyası (AŞF), Gənclər və İdman Nazirliyi, eləcə də Milli Xalça Muzeyinin birgə təşkilatçılığı ilə keçirilən “Çempionların savaşı” turnirinə yekun vurulub.
Demokrat.az xəbər verir ki, kişilərdə Rauf Məmmədov özbəkistanlı Rüstəm Kasımcanova, qadınlarda isə Günay Məmmədzadə bolqarıstanlı Antoaneta Stefanovaya qalib gələrək birinci olublar.
Azərbaycan Şahmat Federasiyasının (AŞF) prezidenti Mahir Məmmədov yarışda iştirak edən iti zəka sahiblərinə gələcək turnirlərdə uğurlar arzulayıb. Qurum rəhbəri uğurlu təşkilatçılığa görə Milli Xalça Muzeyinə, Gənclər və İdman Nazirliyinə və Mədəniyyət Nazirliyinə minnətdarlığını bildirib. Onun sözlərinə görə, yarış maraqlı və gözəl atmosferdə keçib.
Sonra AŞF tərəfindən Milli Xalça Muzeyinə xatirə hədiyyəsi təqdim olunub.
Mükafatları qaliblərə Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov və Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Elnur Məmmədov təqdim ediblər.
Qeyd edək ki, “Çempionların savaşı” turnirinə aprelin 28-də start verilmişdi.