Suqovuşanda "Prezident Kuboku-2025" beynəlxalq turnirinə start verilir

İDMAN 30 aprel 2025, 09:40
Bu gün akademik avarçəkmə, kayak və kanoe üzrə "Prezident Kuboku-2025" beynəlxalq turnirinə start veriləcək.

Demokrat.az "Report"a istinadən xəbər verir ki, reqatada 20 ölkədən 200-dən çox idmançı mübarizə aparacaq.

Turnir Qarabağın dilbər guşəsi olan Suqovuşanda başlayacaq. Burada ilk olaraq beynəlxalq reqatanın açılış mərasimi, ardınca 200 metr məsafəyə yarışlar baş tutacaq.

"Prezident Kuboku-2025" turnirinə Azərbaycan təmsilçiləri ilə yanaşı, Estoniya, Gürcüstan, Almaniya, Yunanıstan, Macarıstan, Hindistan, Qazaxıstan, Qırğızıstan, Latviya, Litva, Moldova, Polşa, Serbiya, Cənubi Afrika Respublikası, İspaniya, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistandan olan avarçəkənlər qatılıblar.

Qeyd edək ki, reqata mayın 1-2-də Mingəçevir “Kür” Olimpiya Tədris-İdman Mərkəzində davam edəcək. Burada komandalar avarçəkmənin kayak, kanoe və akademik növündə müxtəlif məsafələrdə mübarizə aparacaqlar.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
30 aprel 2025, 11:50
Top