
“Qarabağ” 12-ci dəfə Azərbaycan çempionu olub.
Premyer Liqanın 32-ci turunda “Sabah”la qarşılaşan Qurban Qurbanovun komandası 1:1-lik bərabərliyə imza atıb.
Bununla da onlar ən yaxın izləyicisi “Zirə”ni 13 xal qabaqlayıb. Çempionatın sonuna 4 tur qaldığı üçün “Zirə” Ağdam təmsilçisinə çata bilməyəcək.
Nəticədə “Qarabağ” mövsüm başa çatmamış çempion olub.