YapiKredi Müraciət Forması
İdman Özəl

"Fənərbağça"nın ulduzu Türkiyədən ayrılmaq istəyir

Fənərbağçanın ulduzu Türkiyədən ayrılmaq istəyir

"Fənərbağça"nın ispaniyalı futbolçusu Marko Asensionun yanvar ayında klubu tərk edərək vətəninə qayıtmaq istədiyi iddia olunur.

Demokrat.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

30 yaşlı yarımmüdafiəçi zədələr səbəbindən cari mövsümdə ciddi problemlərlə üzləşib. O, ötən mövsüm "Beşiktaş"la qarşılaşmada dizindən zədələnib. Bərpa olunaraq yaşıl meydanlara qayıdan futbolçu avqustun 22-də "Konyaspor"la matçda yenidən sıradan çıxıb.

Oktyabrın 10-da "Rizəspor"la görüşdə meydana qayıtsa da, Asensionun zədəsi yenidən təkrarlanıb. Oktyabrın 21-də İspaniyada sol dizindəki qığırdaq zədəsinə görə artroskopik əməliyyat keçirən futbolçunun təxminən üç aydan sonra məşqlərə başlaması gözlənilir.

İspaniyadan "Vilyarreal", "Sevilya" və "Real Betis" klublarının təcrübəli oyunçunun vəziyyətini yaxından izlədiyi bildirilir. Həmin komandaların Asensionun yanvarda məşqlərə qayıtmasından sonra "Fənərbağça" ilə danışıqlara başlamağa hazırlaşdığı iddia olunur.

Məlumata görə, ispaniyalı futbolçu da karyerasını ölkəsində davam etdirmək niyyətindədir. Onun ən geci mövsümün sonunda İspaniyaya qayıtmağı planlaşdırdığı bildirilir.

Qeyd edək ki, Asensio 2025-ci ilin yayında PSJ-dən 7,5 milyon avroya "Fənərbağça"ya transfer olunub. O, İstanbul təmsilçisinin heyətində keçirdiyi 46 rəsmi matçda 15 qol vurub və 15 məhsuldar ötürmə ilə yadda qalıb.