YapiKredi Müraciət Forması
İdman Özəl

"Aston Villa" "Qalatasaray"ın ulduzu üçün 40 milyon avro təklif etdi

Aston Villa Qalatasarayın ulduzu üçün 40 milyon avro təklif etdi

İngiltərə Premyer Liqasının təmsilçisi "Aston Villa" "Qalatasaray"ın braziliyalı yarımmüdafiəçisi Qabriel Sara ilə maraqlanır.

Demokrat.az xəbər verir ki, bu barədə "Sky Sports" məlumat yayıb.

Məlumata görə, İngiltərə klubu 26 yaşlı futbolçunu transfer etmək üçün İstanbul təmsilçisinə 40 milyon avroluq təklif göndərib. Təklifin 37 milyon avro sabit transfer məbləği və 3 milyon avro bonusdan ibarət olduğu bildirilir.

İddialara əsasən, keçidin yekunlaşdırılması məqsədilə Qabriel Saranın meneceri İngiltərəyə yollanıb. Tərəflər arasında danışıqların davam etdiyi qeyd olunur.

Qeyd edək ki, braziliyalı futbolçu "Qalatasaray"ın əsas heyət üzvlərindən biridir. İstanbul klubu isə transferlə bağlı yayılan məlumatları hələlik rəsmi şəkildə təsdiqləməyib.