"İdman TV" Azərbaycan çempionatının oyununu canlı yayımlayacaq

İDMAN 28 aprel 2025, 15:02
Azərbaycan İkinci Liqasında 24-cü tur çempionluq baxımından prinsipial matçla əlamətdar olacaq. 

Fanat.Az-ın əldə etdiyi məlumata görə, lider "Şahdağ Qusar"la ən yaxın izləyicisi "Şəfa"nın dueli televiziya vasitəsilə canlı yayımlanacaq.  

Oyunu "CBC Sport" yox, "İdman TV" kanalı göstərəcək.  

"Şəfa" - "Şahdağ Qusar" qarşılaşması 4 mayda baş tutacaq və saat 16.00-da start götürəcək.

22 turdan sonra məğlubedilməz "Şahdağ Qusar" 64 xalla liderdir. Çempionatın ən məhsuldar komandası olan "Şəfa" isə 61 xalla ikinci yerdə qərarlaşıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
18 sentyabr 2025, 00:28
17 sentyabr 2025, 23:12
17 sentyabr 2025, 22:39
Top