“Cənubi Qafqaz regionunda ortaq siyasi keçmişə, etnik, mədəni və dini dəyərlərə sahib olan İran və Azərbaycan arasındakı münasibətlərin möhkəmlənməsi bəzi üçüncü ölkələrin maraqlarına uyğun gəlmir”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.
O bildirib ki, belə müdaxilələr bəzən bu iki ölkənin qarşılıqlı əlaqələrinə kölgə sala bilər:
“Bəzi hallarda, qonşu ölkələr tərəfindən sərgilənən liberal yanaşmalar və onların öz maraqlarını üstün tutmaları bu müdaxilələrin artmasına şərait yaradır. Məsələn, Zəngəzur dəhlizi məsələsində üçüncü tərəflərin müdaxiləsinə bəzi qonşu ölkələr göz yumur.
Digər tərəfdən, real müdaxilə olmayan hallarda belə, uydurulmuş və şişirdilmiş müdaxilələr ictimai rəyə təqdim olunur. Azərbaycanın prinsipial mövqeyi ondan ibarətdir ki, İranla ikitərəfli münasibətlərə heç bir üçüncü tərəfin qarışması yolverilməzdir. Çünki bu cür müdaxilələr nəinki münasibətləri zəiflədir, həm də hər iki dövlətin milli maraqlarına ziddir. Azərbaycan özünə rəva bilmədiyini İrana da rəva bilmir”.
O qeyd edib ki, İran Azərbaycanın ən yaxın qonşularından biridir:
“İki ölkə ortaq milli, etnik, mədəni və dini dəyərlərə sahibdir. Təəssüf ki, bəzi hallarda İran tərəfindən bu mövqeyin qarşılığında yetərli həssaslıq göstərilmir. Lakin son zamanlar İran və Azərbaycan prezidentlərinin görüşləri zamanı bu məsələ də gündəmə gətirilib.
Üçüncü tərəflərin müdaxiləsinə qarşı ortaq mövqe nümayiş etdirilib. Hər iki ölkənin bu istiqamətdə sinxron hərəkət etməsi, məsələn, Avropa İttifaqının və bəzi Qərb ölkələrinin, o cümlədən Fransanın regiondakı fəaliyyətlərinə qarşı birgə etiraz etməsi mümkündür və bu, iki ölkənin maraqlarına xidmət edəcək”.
Leyla Turan
Demokrat.az