UEFA Çempionlar Liqası: "Arsenal" PSJ ilə yarımfinalda üz-üzə

İDMAN 29 aprel 2025, 09:02
Bu gün UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinə bir görüşlə start veriləcək.

Demokrat.az xəbər verir ki, ilk oyun günündə "Arsenal" klubu PSJ-ni qəbul edəcək.

Görüş Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Xatırladaq ki, komandalar indiyədək ümumilikdə beş dəfə üz-üzə gəliblər. Bunlardan üçündə "Arsenal" qələbə qazanıb (2:0, 5:1, 2:1). İki görüş isə heç-heçə ilə başa çatıb (2:2, 1:1).

Qeyd edək ki, yarımfinal mərhələsinin digər qarşılaşmasında isə "Barselona" klubu "İnter"i qəbul edəcək.

29 aprel

UEFA Çempionlar Liqası

Yarımfinal mərhələsi

Saat 23:00, "Arsenal" - PSJ.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
29 aprel 2025, 11:00
Top