Dəmrov olan hissəyə molla duası…. — Azərbaycanda biabırçılıq (VİDEO)

HADİSƏ 30 aprel 2025, 20:33
Azərbaycanda uşağın dəmrov xəstəliyini sağaltmaq üçün mollaya dua yazdırıblar.

Demokrat.az xəbər verir ki, bununla bağlı görüntüləri həkim-pediatr Afət İbrahimli sosial şəbəkə hesabında paylaşıb.

Dua uşağın ayağında dəmrov olan hissəyə əks olunub.

“İllərdir Azərbaycanda kütləvi cahillik xəstəliyinə yoluxdurulma prosessi gedir və biz bu gün bunun fəsadlarını öz üzərimizdə hiss edirik. İstər-istəməz bizdən sonra gələn yeni nəslə də bu virusu yoluxdururuq. Cəmiyyətimizdə hər birimiz daxilimizdəki cahillik xəstəliyi ilə mübarizə aparmalıyıq. Unutmayın, cahilliklə mübarizə etirafımızla başlayacaq” - həkim videoya şərh verib.

Həmin görüntüləri təqdim edirik:

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top