"Biz indi dünyada böyük parçalanmaların, qütbləşmənin şahidi oluruq. Bu məsələdə Azərbaycan diplomatiyasının yanaşması ondan xəbər verir ki, rəsmi Bakı yeni dünya düzənində bütün potensialı olan qüvvələrin tərəfdarı qismində çıxış edir. Bütün QHT (Qeyri-hökümət Təşkilatları) -lərin Bakıda bir araya gəlməsi də bu baxımdan vacib göstəricidir".
Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Tofiq Abbasov deyib.
O bildirib ki, dünyanın yeni düzənində tək elitaların yox, vətəndaş cəmiyyətlərinin də iştirakı mütləq lazımdır:
"Bu təşəbbüs COP29 əsnasında fəaliyyət göstərən QHT-lər formunun təşəbbüsü kimi ortaya çıxdı. Hələ də Qərb dünyasında bir neçə ölkə özünü dünyanın ağası sayır. Bu prosesdən yorulma məsələsi göz önündədir. 116 ölkənin QHT-lərinin Azərbaycana gəlib çıxması ondan xəbər verir ki, ölkəmiz tərəfindən gələn təşəbbüsə böyük dəstək var. Onlar da artıq anlayır ki, dünyanı təkbaşına idarə etmək mümkün deyil. Ona görə də Azərbaycanın neokolonizmə, neoimperializmə qarşı olan davranışı böyük dəstək tapır".
Politoloq qeyd edib ki, xalqlar artıq öz müqəddaratlarını özləri həll etmək istəyirlər:
"Yeni dünya düzəninin formalaşmasında vətəndaş cəmiyyətinin böyük potenasialı var. Afrika, Cənubi Amerika qitəsində vətəndaş cəmiyyətlərinin dövlət idarəsində rolu böyükdür. Bakıda keçirilən bu cür tədbirlərə böyük həvəs, maraq görürük.
Bakı Təşəbbüs Qrupunun BMT çərçivəsində fəaliyyət göstərməsi, COP29-da 10 dənizaşırı ölkənim prezidentinin burda sammiti, dünənki Cənub QHT Platforması Azərbaycan dövlətinin siyasi elitalarının düşünən məramını göstərir. Biz dünyanı həmrəyliyə çağırırıq".
Əfsanə Kamal
Demokrat.az