"Şəhəri pis günə Eldar (Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov - red.) qoymayıb. Şəhəri pis günə Abutalıbov (Hacıbala Abutalıbov - red.) qoyub qaçıb, Eldara miras qalıb. Ona görə Eldarı ittiham etmək, hər dəfə söymək Allahdan deyil".
Bu fikirləri Redaktor.az-a Xalq artisti Şeyx Əbdül Mahmudbəyov Bakıda aparılan tikinti işlərindən danışarkən bildirdi.
"Mən heç Eldarı tanımıram, salam-sağolum da yoxdur. O demək deyil ki, adama haqsızlıq edilsin. Mənim ev məsələmdə o, obyektiv mövqe tuturdu. Kanalizasiya məsələlərində Eldar Əzizovun heç bir günahı yoxdur. Səbəbi kimi 30 il əvvəlki erməni məsələsini sitat gətirmişəm. Günahı orada, 30 ildə Bakını pis günə qoyan Hacıbalada axtarmaq lazımdır.
Bu, Eldara miras qalıb, 5-10 günə Bakını düzəltmək mümkün deyil. Bakının yeraltı kanalizasiya sistemi yenidən qurulmalıdır. Bu da ev tikib Bakını pis günə qoyanların boynuna qoyulmalıdır. Bakını satıb pul qazananların boynundadı günah, Eldar Əzizovun yox. Qapımızda çəpər var, o tərəfi Vaqif Mustafazadə adına musiqi gimnaziyası, digər tərəfdə bizim yaşayış evimiz var. Ortada bir qaraj düzəldiblər. Nəsə deyəndə deyirlər ki, “biz buranı almışıq.” Kim satıb Bakını? Hansı pulla alıblar? Hamısı Hacıbaladan qalma yalançı sənədlərdir. Hacıbalanın Bakıdakı fəaliyyəti, verdiyi sənədlər hamısı yenidən yoxlanılmalıdır".
Müsahibimiz hesab edir ki, paytaxtdakı bütün cinayətkar əməllər ortaya qoyulmalıdır:
"Bakı fırıldaqçı ev tikənlərdən azad olmalıdır. Bakını dağıdanlar qalır qıraqda, yapışıblar Eldarın yaxasından. Eldar Əzizovun onlara gücü çatır ki? 5 ildir mansardda yaşayıram, qanuni binamızı tikib, təhvil verməyə icazə vermirlər. Niyə icazə vermirlər, hansı haqla? Tamilla xanım oranı alıb. 4-5 ildir bizə yaşamağa yer verib. Bizə yeri dövlət yox, o xanım verib. İcazə verin, xanım işlərini görsün, evlərini tikib camaatı yerbəyer etsin.
Hacıbaladan qalma sənədlər dayandırılmalıdır. Evləri tikib, satanlar cinayət məsuliyyətinə cəlb olunmalıdır, yoxsa Bakı əldən gedir. Eldar Əzizovun ancaq küçə süpürmək səlahiyyəti var, başqa səlahiyyəti yoxdur. Hamısı əlindən alınıb. Qanunsuz iş görənlər qalıb bir qıraqda. Yenidən leysan gözlənilir. Nə olacaq? Səbəbkarı tapmaq lazımdır. Vaqif Mustafazadə adına musiqi məktəbinin açılışını Prezident və xanımı edib. Kim qaraj edə bilər? Kim onlara səlahiyyət verib? İcra başçısı hara baxır? Yasamal rayonu icra başçısı, bələdiyyə hara baxır? Hər kəs deyir ki, “buranı almışıq.” Bura Azərbaycan dövlətinin əmlakıdır. Kimə söz deyirsən, yuxarıların adını çəkir. Mənim yuxarılara əlim çatmır axı, soruşum ki, siz filankəsin arxasında dayanmısız? Elə adlar çəkirlər, adam dəhşətə gəlir. Ev tikənlərə söz deyən yoxdur, başqa bir kəlmə deyəni basırlar içəri, gəlib vəziyyətə baxsınlar. Məktəb parkının həyəti istirahət mərkəzi olmalıdır. Burada insanlar yaşayır, necə qaraj tikmək olar? Prezidentin xanımının açılışında iştirak etdiyi yer niyə şəhər mərkəzində nəzarətsiz qalıb? Nəsə deyəndə deyirlər, “əlimizdə sənəd var.” Bu həyət-bacanı abadlaşdırmaq lazımdır. İnsanlar şəhərin mərkəzində rahat nəfəs alsınlar. Gəlib baxsınlar, niyə buranı dağıdırlar. "Karamelni" tarixi binadır. Mən Eldar Əzizovu müdafiə edirəm. Niyə? Eldar Əzizov mənim əmim deyil, dayım deyil, qohumum deyil. Ev məsələmizdə bir neçə dəfə onunla görüşdüm. Heç bir günahının olmadığına özüm şahid oldum. Hacıbaladan qalma gərginliyi Eldar aradan qaldırdı. Hacıbala villalarda kef edir. Balaları Türkiyədə bizneslə məşğuldur.
Ən dəhşətlisi budur ki, mən, 81 yaşlı kişi, mansardda yaşayıram. Maşın əlindən nəfəs almaq olmur. Amma bunlara söz deyən yoxdur. Belə şey olar? Mən qanunu tələb edirəm. Mansardda yaşamamalıyam. Cənab Prezidentə müraciət hazırlayıram. Əlimdə 3 məhkəmə qətnaməsi var. Hacıbala Abutalıbovu tapın, ya evimi versin, ya da pulunu versin, ev alım. Mən burada yaşayıb ölə bilmərəm. Tamilla xanıma icazə verin, yarımçıq qalan tikililəri tamamlasın. Bina 5 ildir yarımçıq qalıb. Hacıbala hansı pula villaları yan-yana tikib?. Qəribədir, Azərbaycan dövlətinin qanunu icra olunmur. Hanı Konstitusiya? Son 6-7 ildə Prezidentin mübarək imzası ilə 4 ən yüksək dövlət mükafatına layiq görülmüşəm. Nə bu mükafatlara, nə məhkəmə qətnaməsinə, nə də mən ağsaqqala hörmət edən yoxdur".
Şeyx Əbdül bildirdi ki, Bakını təmizləmək lazımdır.
""Kubinka"nı onlara gəlir gətirəcək mədəniyyət mərkəzi edib, min dənə obyekt tikmək olar. Azərbaycan xalqı pulunu ancaq pomidor-xiyara verir. 5 manat pomidor olan yerdə bunlar nədən danışır? Hansı binanı alacaqlar? Bakıdan əl çəksinlər. Qarabağda, Şirvanda, Muğanda, Mildə tələbə şəhərciyi salsınlar. Qobustanda mədəniyyət mərkəzi, obyekt açsınlar. Dünya da bura gəlsin. Yol çəksinlər. Dünya gəlsin, qədim Qobustanla, mədəniyyətimizlə tanış olsun".