Sakit okeanın cənubunda "dağıdıcı" zəlzələ baş verdi

DÜNYA 30 aprel 2025, 09:03
Avstraliyanın Tasmaniya adasında yerləşən Hobart şəhərindən 1391 km cənubda Sakit Okeanda 6,5 ​​bal gücündə zəlzələ baş verib.

Bu barədə “İnterfaks” Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Altay-Sayan bölməsinə istinadla məlumat yayıb.

Qeyd edilib ki, episentrdə zəlzələnin intensivliyinə əsasən, zəlzələ “dağıdıcı” kimi qiymətləndirilir.

Çərşənbə axşamı, aprelin 29-da, Bakı vaxtı ilə saat 18:54-də qeydə alınan zəlzələnin episentri Makquarie adasından ( Avstraliya , Tasmaniya) təxminən 234 km şərqdə yerləşib.

Aprelin 23-də İstanbul ərazisində bir neçə zəlzələ baş verib. Ən güclünün maqnitudası 6,2 olub. Yeraltı təkanlar hətta episentrdən 300 km aralıda, Ankarada hiss olunub. Təcili yardım xidmətləri yüksək xəbərdarlıq rejiminə keçib. (Publika.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
30 aprel 2025, 13:09
30 aprel 2025, 12:53
30 aprel 2025, 11:50
Top