Fransada şirniyyat həvəskarları 121.8 metr uzunluğunda və 1.2 ton çəkidə nəhəng çiyələkli tort hazırlamaqla yeni dünya rekorduna imza atıblar.
Bu barədə mk.ru məlumat yayıb.
Bu "şirin" rekord Yusif Əl-Qatunun rəhbərliyi ilə 20 nəfərlik aşpaz komandası tərəfindən hazırlanıb. Tortun hazırlanmasına 4 min ədəd yumurta, 350 kq çiyələk, 150 kq şəkər tozu və 415 kq qaymaq sərf olunub.
Nəhəng desertin hazırlanması bir həftə davam edib. Tort buz meydanında sərgilənib və hər kəsə onu dadmaq imkanı yaradılıb.
Ən çətin hissə isə, aşpazlardan birinin sözlərinə görə, kremin isidilməsi üçün qızdırılmalı olan qabın temperaturunu düzgün tənzimləmək olub. (Oxu.Az )