Şəhid ailələri quda oldu — VİDEO

SOSİAL 25 aprel 2025, 12:16

Şəhid Daşqın Şəfiyevin qardaşı Orxan Şəfiyev şəhid Ayxan Musayevin bacısı ilə ailə qurub.

Demokrat.az xəbər verir ki, bununla bağlı sosial şəbəkədə görüntülər paylaşılıb.

Cütlük hər iki Vətən müharibəsi şəhidinin məzarını ziyarət edib.

Qeyd edək ki, Daşqın Şəfiyev 2020-ci il noyabrın 5-də Laçının azadlığı uğrunda gedən döyüşlər zamanı şəhid olub. Ölümündən sonra “Vətən uğrunda”, “Qubadlının azad olunmasına görə”,  “Laçının azad olunmasına görə” medalları və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə tətif edilib.

Ayxan Musayev isə 2020-ci il noyabrın 8-də Şuşa uğrunda gedən döyüşlərdə ağır yaralanaraq Silahlı Qüvvələrin Baş Klinik Hospitalına yerləşdirilib və 20 günə yaxın ağır koma vəziyyətində qalıb. O, noyabrın 28-də şəhidlik zirvəsinə ucalıb. Prezidentin sərəncamları ilə ölümündən sonra “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif edilib. (Qafqazinfo)

 


SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top