Bu əlamətlər sizdə varsa ürəyiniz xəstə ola bilər

MARAQLI 25 aprel 2025, 16:50
Əgər gecə tez-tez oyanırsınızsa, bu, təkcə stress və ya pis yuxu vərdişləri deyil, ürək sağlamlığınızla bağlı ciddi problem ola bilər.

Medicina.az xəbər verir ki, yuxunun pozulması bir çox insan üçün adi hal kimi görünsə də, gecə tez-tez oyanmaq bəzən ciddi sağlamlıq problemlərinin əlaməti ola bilər. Mütəxəssislərin fikrincə, bu vəziyyətin arxasında duran səbəblərdən biri də ürək xəstəlikləridir.

Ürək xəstəlikləri gecə ərzində bədənin ehtiyac duyduğu oksigen balansını poza bilər və bu, beynin tez-tez oyanma siqnalları göndərməsinə səbəb olur. Yuxu apnesi, ürək çatışmazlığı və ya ritm pozğunluğu kimi problemlər gecə oyanmağın ən çox görülən səbəbləri arasındadır. Oyandığınız zaman nəfəs darlığı, ürək döyüntüsü və ya döş qəfəsində sıxılma hiss edirsinizsə, mütləq kardioloqa müraciət etməyiniz tövsiyə olunur.
Bundan əlavə, gecə tez-tez oyanmaq xroniki hala gələ bilər, bu da immunitet sisteminin zəifləməsinə və gün ərzində yorğunluq və konsentrasiya problemləri yaradar.

Mütəxəssislər qeyd edirlər ki, nizamlı yuxu təkcə beyin sağlamlığı üçün deyil, həm də ürək sağlamlığı üçün həyati əhəmiyyət kəsb edir. Əgər gecə ərzində birdən çox yuxudan oyanırsınızsa və səbəbi tapa bilmirsinizsə, əsas ürək xəstəliklərini qiymətləndirmək vacibdir.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top