"Donald Tramp hakimiyyətə gəldikdən sonra ABŞ çalışır ki, Rusiyaya qarşı güzəştlər tətbiq edib, öz tərəfinə çəksin. Trampın əsas məqsədi Çinə qarşı yönəlmək, onu çökdürməkdir. Çinin çökdürülməsi üçün də Rusiyanın ABŞ-nin yanında durması vacibdir. Tramp məhz bu məsələyə görə Ukrayna məsələsində Rusiyaya güzəştlərin tərəfdarıdır".
Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Zeynal Əmrəliyev deyib.
"Ağ Ev anlayır ki, Ukrayna məsələsi həll olunmadan Moskva ilə münasibətlərin düzəlməsi qəliz olacaq. Hələ Co Baydenin dövründən ABŞ Ukraynaya dəstək verən əsas ölkə idi. Tramp bu məsələdən ona görə də birbaşa imtina edə bilmir. Mübaribə bitməlidir ki, Qərb ölkələri ilə Rusiya arasında münasibətlər istiləşsin. ABŞ tərəfi əlində olan bütün fürsətlərdən istifadə edərək Zelenskini məcbur edir ki, koputulyasiya imzalasın. Krımın Rusiya ərazisi kimi tanınması Putini şirnikləşdirmə məqsədi daşıyır, əlaqələrin normallaşması baxımından əhəmiyyətlidir. Ancaq bunun riskləri kifayət qədər çoxdur. Bu, Qərb dünyasının Rusiyanın gücünü qəbul etməsinin göstəricisi ola bilər. Məsələnin iqtisadi tərəfləri müsbət olsa da, siyasi və diplomatik tərəfi ağırdır. Krımın Rusiya ərazisi kimi tanınması Amerikanın uzun illərdir həyata keçirdiyi şərqə doğru genişləndirmə siyasətinə ciddi zərbə vurar, etibarlı tərəfdar olma statusunu itirər".
Əfsanə
Demokrat.az