
Estoniya Xarici İşlər Nazirliyi (XİN) Rusiyanın müvəqqəti işlər vəkili Lenar Salimullini çağıraraq, ona "Mi-8" helikopterinin Estoniyanın hava məkanını pozması ilə bağlı etiraz notası təqdim edib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Estoniya XİN-in Mətbuat Xidməti məlumat yayıb.
"Hadisə Vaindloo adası ərazisində baş verib. Rusiyanın "Mi-8" helikopteri Estoniyanın hava məkanına icazəsiz daxil olaraq, orada təxminən dörd dəqiqə qalıb", - deyə məlumatda bildirilir.
Qeyd edilir ki, bu, cari ildə üçüncü belə pozuntudur.