Çinlə dərinləşən münasibətlər Azərbaycana dividentlər gətirə bilər — Deputat

GÜNDƏM 08 sentyabr 2025, 22:25
"Çin dünyada ikinci ən böyük iqtisadiyyatı, ən çox əhalisinə sahib və texnologiyaların sürətlə inkişaf etdiyi bir ölkədir. Çin texnologiyası bu bazarda artıq rəqiblərini sıxışdırır. Eyni zamanda Çin beynəlxalq siyasi arenada da mühüm söz sahibidir. Buna görə də Azərbaycanın Çinlə əməkdaşlığının dərinləşməsi ölkəmiz üçün hərtərəfli olaraq dividentlər gətirə bilər".

Bunu Demokrat.az-a açıqlamasında millət vəkili Pərvanə Vəliyeva deyib. O bildirib ki, Orta Dəhlizin strateji çəkisi bu gün durmadan artır və dünya ölkələrinin bu dəhlizə marağı böyükdür:

"Çindən Avropaya, Avropadan Asiyanın dərinliklərinə uzanan yol həm etibarlı, həm də qısa müddətli olması ilə seçilir. Yüklərin Çindən Avropaya ən qısa vaxtda çatdırılmasını təmin edir. “Şimal-Cənub” və “Şərq-Qərb” dəhlizlərinin inkişafı Bakını bir tranzit mərkəzinə çevirir və nəqliyyat infrastrukturu sahəsində mövqelərini möhkəmləndirir. 

Qeyd edim ki, Prezident İlham Əliyevin gətirdiyi sülhlə tezliklə Zəngəzur dəhlizi açılacaq və bu yol Çini regionumuzla, o cümlədən Avropa ilə, Avropanı da Çinlə birləşdirən quru yolu olacaq".

Cavida Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
09 sentyabr 2025, 00:21
Top