Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq

GÜNDƏM 08 sentyabr 2025, 21:43
Sabah Balakən şəhərində 344 abonentin qaz təchizatında fasilə yaranacaq.

Demokrat.az xəbər verir ki, bu barədə Zaqatala Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.

Bildirilib ki, Balakən şəhəri Ü.Hacıbəyov küçəsində yerləşən Şindiyev Seymur Abdulməcid oğluna məxsus torpaq sahəsinin qarşısından keçən D76 mm-lik ortatəzyiqli qaz xəttinin və D108 mm-lik ortatəzyiqli yerüstü qaz xəttinin dəyişdirilməsi məqsədilə sabah saat 11:00-dan

işlər yekunlaşanadək Yeni Yaşayış massivin bir hissəndə 344 abonentin qaz təchizatı dayandırılacaq.

İşlər başa çatdırıldıqdan sonra qazın verilməsi bərpa olunacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
09 sentyabr 2025, 00:21
Top