
İsrailin Baş naziri Benyamin Netanyahu Qəzza zolağında güclü quru əməliyyatı elan edib.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Netanyahu bu haqda Hərbi Hava Qüvvələrinin qərargah bunkerində çıxış edərkən bildirib.
Netanyahu yerli sakinləri şəhəri tərk etməyə çağırıb.
“Qəzza sakinlərinə deyirəm, məni diqqətlə dinləyin: sizə xəbərdarlıq edilib, oradan çıxın!”.