Nəzakət Teymurovadan Nüşabə Ələsgərlinin iradına cavab — VİDEO

ŞOU-BİZNES 25 aprel 2025, 13:13
Xalq artisti Nəzakət Teymurova Əməkdar artist Nüşabə Ələsgərlinin "Leyli və Məcnun”u cavanlar oynamalıdır" sözlərinə cavab verib. 

Axşam.az xəbər verir ki, "İncə səhər" proqramına açıqlama verən xanəndə müğənninin bu fikirlərini yanlış adlandırıb:

"Gənclərə o baxımdan yer verilmə söhbəti yoxdur. Gənclər də oxuyur. Bilməyənlər üçün zəng edib soruşsunlar ki, kim hansı rolu oynayır. İndi gənc Leyli də, Məcnun da var. Biz ildə bir-iki dəfə tamaşa oynayırıq. Amma nə üçünsə biz gözə görsənirik. Xanəndənin öz sambalı olmalıdır, səviyyəsini saxlamalıdır. Gəncələrdən xahiş edirəm ki, səviyyələrini saxlasınlar. Tamaşaçı onların adı ilə teatra gəlməlidir. Gənclər hər ay tamaşalarını oynayırlar. Özü də təkcə "Leyli və Məcnun"da yox. "Aşıq Qərib, "Əsli və Kərəm"də də rol alırlar".

Qeyd edək ki, N.Ələsgərli “Məndən inciməsinlər, amma “Leyli və Məcnun”u cavanlar oynamalıdır. Belə düşünürəm və düz düşünürəm. Sənəti varsa, Leylini də gənc qızlar oynamalıdır. Müəyyən yaş dövründə isə Leylinin, Məcnunun anasını oynasınlar. Hər aktrisanın və aktyorun yaşına uyğun rolu olmalıdır. İfadan başqa obraz, sima, bədən ölçüləri uyğun gəlməlidir”. açıqlaması ilə gündəmə gəlib.

 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
25 aprel 2025, 19:06
Top