"Yazırlar ki, ev yıxanın evi olmaz" — VİDEO

ŞOU-BİZNES 25 aprel 2025, 17:21

"Kim necə istəyir başa düşsün. Heç vaxt özümü bədbəxt qadın hesab etməmişəm. Qırılmışam, parçalanmışam, çox pis durumlarda olmuşam, amma özümü tez toparlaya bilmişəm. Bu yerdə də özümə "sağ ol" deyirəm. Psixologiyam çox gücüldür".

Bu sözləri müğənni Ayan Babakişiyeva "Gün ortası" verilişində deyib. Sənətçi ünvanına deyilən tənqidlərə reaksiya verib: 

"Hansısa efirdə kövrəlmişəm, ağlamışam. İnsanlar deyir, ev yıxanın evi olmaz. Yazırlar, görürəm bunu. Deyirlər, bilmirdin belə... İnsanlara bunu başa sala bilməzsən. Bir yerdən sonra anlayırsan ki, başa salmaq lazım deyir. Buna ehtiyac yoxdur. Doğru səni doğru görəcək, həyatda heç bir amalı, planı olmayan da səni boş görəcək. Çünki özü boşdur.

Heç kimin yanında özümü sübut edəcək niyyətim yoxdur. Çünki mən övladıma örnək ola bilərəm". (Axşam.az )

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top