3 saylı respublika xüsusi internat məktəbində yanğın

SOSİAL 25 aprel 2025, 13:16
3 saylı respublika xüsusi internat məktəbində yanğın olub. 

Demokrat.az Qaynarinfo-ya istinaadən xəbər verir ki, hadisə aprelin 24-dən 25-nə keçən gecə baş verib. 

Yanğan korpuslardan birinin yataq otağndan başlayıb. Yataq otağının tamamilə yandığı bildirilir. 

Həmin vaxt internatda 52 uşaq olub. Yanğın başlayandan sonra uşaqlar təxliyyə edilib. 

Hadisə yerinə çağırılan yanğınsöndürənlər təhlükənin daha böyüməsinin qarşısını alıb. 

3 saylı respublika xüsusi internat məktəbindən məlumatı təsdiqləyiblər. Bildirilib ki, yanğın başlayandan dərhal sonra Fövqəladə Hallar Nazirliyinə məlumat verilib və qısa müddətdə yanğın söndürülüb. Hadisə nəticəsində xəsarət alan olmayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
25 aprel 2025, 19:06
Top