Hərbi xidmətdən ehtiyata buraxılanların geyim formalarını daşıya biləcəyi günlər müəyyənləşib

SİYASƏT 25 aprel 2025, 17:23
Hərbi xidmətdən ehtiyata buraxılanların geyim formalarını daşıya biləcəyi günlər müəyyənləşib.

Demokrat.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı “Hərbi xidmətkeçmə haqqında” Əsasnaməyə dəyişikliyi təsdiqləyib. 

Belə ki, həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılarkən hərbi geyim formasını daşımaq hüququ verilmiş şəxslər həmin geyim formasını yalnız rəsmi dəvət olunduqları tədbirlərdə, peşə bayramı günlərində, habelə Azərbaycan Silahlı Qüvvələri Günü, Zəfər Günü və Anım Günündə daşıya biləcəklər.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top