Şadlıq evləri toy sahibinə qəbz təqdim edəndə qiymətlər daha yüksək olur? — VİDEO

SOSİAL 25 aprel 2025, 09:16
Şadlıq evlərində 200-300, hətta 500 və min nəfərlik toylar edilir. Maraqlısı odur ki, nağd və ya nağdsız formada toy sahibindən ödəniş alınarkən qəbz təqdim edənlər də var, etməyənlər də...

Məsələn, çəkiliş apardığımız bu şadlıq evini işlədən administrator bildirdi ki, onlar adamsayına uyğun göstərdikləri xidmətin qəbzini həm toy sahibinə, həm də vergi xidmətinə təqdim edirlər.

Bununla belə, əksər şadlıq evlərində toylardan sonra qəbz təqdim edilməməklə yanaşı, bəzən rəsmi ödəniş də qəbul edilmir.

Ekspertlər hesab edirlər ki, bunun arxasında müxtəlif səbəblər dayanır. Əsas səbəb gəlirləri gizlətmək və vergidən yayınma ola bilər.

Qəbzsiz xidmətin digər səbəbi bəzi hallarda gizli razılaşma da ola bilər. Çünkü şadlıq evləri qəbz təqdim etdyi halda qiyməti daha yüksək edir. 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
25 aprel 2025, 14:05
25 aprel 2025, 13:25
Top