Sahibə Qafarova Roma Papasının dəfn mərasimində iştirak edəcək

XARİCİ SİYASƏT 24 aprel 2025, 15:32
Milli Məclisin (MM) sədri Sahibə Qafarova Roma Papasının dəfn mərasimində iştirak edəcək.

Demokrat.az xəbər verir ki, bu barədə MM-in Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb. 

Qeyd olunub ki, sabah spikerin başçılığı ilə parlament nümayəndə heyəti İtaliyanın Roma şəhərinə səfər edəcək.

S.Qafarova aprelin 26-da Santa Maria Maggiore bazilikasında keçiriləcək dəfn mərasimində Azərbaycanı təmsil edəcək, Roma Papasının son mənzilə yola salınması tədbirlərinə qatılacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top