Qırğızıstanda keçirilən Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində daha bir konsert proqramı təqdim olunub.
Mədəniyyət Nazirliyindən Demokrat.az-a bildirilib ki, aprelin 24-də Bişkek şəhərindəki “Manas” Milli Teatrında keçirilən konsertdə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin nəzdində fəaliyyət göstərən Qədim Musiqi Alətləri Ansamblı (bədii rəhbər Xalq artisti Munis Şərifov) çıxış edib.
Ansamblın solistləri Xalq artisti Teyyub Aslanov və Əməkdar artist Nuriyyə Hüseynovanın ifasında Azərbaycan xalq və bəstəkar mahnıları səslənib.
Konsert proqramı tamaşaçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.
Qeyd edək ki, Qədim Musiqi Alətləri Ansamblı 1996-cı ildə professor, sənətşünas-alim, Xalq artisti Məcnun Kərim (1945-2013) tərəfindən yaradılıb. Ansamblda çəng, bərbət, rud, çəqanə, səntur, setar, Şirvan tənburu və rübab kimi qədim musiqi alətləri yer alır.
Kollektiv indiyədək musiqi mədəniyyətimizi bir sıra ölkələrdə uğurla təmsil edib.