Prezidentin müsahibəsində armudu stəkanda çay və “İstisu” ilə verilən mesaj BU İMİŞ... — FOTO

GÜNDƏM 24 aprel 2025, 19:33
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Çinin CGTN telekanalına müsahibə verib.

Bizim.Media xəbər verir ki, müsahibə zamanı dövlət başçımızın əyləşdiyi kreslonun yanında qoyulmuş masadakı armudu stəkanda çay, su və limonun olması Azərbaycanın mədəniyyətinin, ənənələrinin simvolik şəkildə nümayişi idi.
 
Çay Azərbaycan və Çini birləşdirən ortaq dəyərlərdən biridir. Müsahibə götürən jurnalistin çay mövzusuna böyük maraq göstərməsi də bundan irəli gəlir.

Çayın tarixi, onun dünyaya məhz Çindən yayılması, Azərbaycanda da çayın sevilməsi, özünəməxsus çay içmə mədəniyyətinin olması hər kəsə məlum olan faktlardır.

Masanın üzərində limonun olması da Azərbaycanda çayın limonla içildiyinin göstəricisidir.

Həmçinin, masanın üzərindəki su Kəlbəcərdə çıxan "İstisu" dur.

Bütün bunlar Azərbaycan mədəniyyətinin simvolik yolla, qeyri-verbal kommunikasiya vasitasilə nümayişi və təbliğidir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
24 aprel 2025, 22:11
24 aprel 2025, 20:43
Top