İstanbulda “Azərbaycan Kino Günləri” təşkil olunacaq

MƏDƏNİYYƏT 24 aprel 2025, 11:00
Azərbaycan Respublikası Höküməti ilə Türkiyə Respublikası Höküməti arasında mədəniyyət sahəsində əməkdaşlığa dair Sazişə əsasən, iki qardaş ölkə arasında kino sahəsində əlaqələrin genişləndirilməsi istiqamətində növbəti mühüm addım atılır. 

Bu barədə Demokrat.az-a Mədəniyyət Nazirliyindən məlumat verilib.

2025-ci ilin 28 – 30 aprel tarixlərində İstanbul şəhərində “Azərbaycan Kino Günləri” təşkil olunacaqdır.

Tədbir Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Türkiyə Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Mədəniyyət Mərkəzinin birgə əməkdaşlıq çərçivəsində həyata keçirilir.

Kino Günləri zamanı son illərdə Mədəniyyət Nazirliyinin sifarişi ilə istehsal olunmuş Azərbaycan filmlərinin nümayişi baş tutacaq.  

Tədbir çərçivəsində Azərbaycan və Türkiyə film istehsalçıları və mütəxəssisləri arasında görüşlər keçiriləcək, birgə film istehsalı imkanları müzakirə olunacaq.

Qeyd edək ki, tədbirin açılış mərasimi və filmlərin nümayişi İstanbul şəhərində yerləşən Atlas Cinemada və Türkiyənin iki nüfuzlu universitetində həyata keçiriləcək.

Türkiyədə keçiriləcək “Azərbaycan Kino Günləri”ndə Azərbaycan nümayəndə heyəti iştirak edəcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top