Qax rayonunda 1983-cü il təvəllüdlü Səlim ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Bahara (adlar şərtidir – red.) xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə bu ilin yanvarın 28-də Qax şəhəri, N.Nərimanov küçəsində yerləşən fərdi evlərdən birində baş verib.
Qax rayon sakini Səlim həmin gün saat 17:00-da fərdi yaşayış evinin hamamında həyat yoldaşı Baharın onun mobil nömrəsini əngəldən çıxartmaması səbəbindən aralarında yaranmış ailə-məişət münasibətləri zəminində baş vermiş mübahisə zamanı onun ilk öncə qəsdən qarın nahiyəsinə təpiklə vurub. Sonra başını divara çırpması nəticəsində ona müxtəlif dərəcəli xəsarətlər yetirib.
Hadisəni törədən Səlimin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Səlim ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, zərərçəkmiş Bahar onun həyat yoldaşıdır, onlar 13 ildir evlidirlər, nikahdan bir övladları var:
“Yanvarın 28-də, saat 17:00-da sosial yardımla bağlı qaynanam Məlahətgilə getdim. Bu zaman Bahar hamam otağında paltar yuyan zaman onun yanına keçdim, telefonda sosial yardım düzəldən adamla da danışa-danışa ondan sosial yardım almaq üçün iş yerində rəsmi işləyib-işləmədiyini soruşdum. Bahar ona verdiyim suala qışqıraraq kobud cavab verdi. Kənara çəkilib telefonla danışdım və Baharın yanına gələrək ondan qışqırmağının, məni biabır etməsinin səbəbini soruşdum. Bu zaman Bahar yenə əsəbləşərək üstümə bir daha qışqırdı. Qaynanam Məlahət qolumdan tutaraq dartmağa başladı. Həmin vaxtı daha da əsəbləşdim və Baharın qarnına təpiklə vurdum. Bahar mənə əl-qol atdı, anası Məlahət isə məni dartışdıran zaman bir az da əsəbləşdim. Baharın başından tutaraq divara vurdum. Bundan sonra oradan aralanaraq getdim”.
İş üzrə zərərçəkmiş qismində ifadə verən Baharın sözlərinə görə, aralarında yaranmış mübahisələrə görə, bir neçə ay olar anasının evində yaşayır: “Yanvarın 28-də, saat 17:00-da anamın evində hamam otağında paltar yuyan zaman Səlim telefonla danışa-danışa hamam otağına girdi və sosial yardımla bağlı suallar verdi. Biz boşanma ərəfəsində olduğumuzdan, bunun mümkün olan şey olmadığını dedim. Bundan sonra Səlim çölə çıxıb telefonla danışdıqdan sonra yanıma qayıdaraq telefonda onu blokdan çıxarmağı tələb etdi. Özüm də çıxarmayacağımı dedikdən sonra aramızda mübahisə yarandı. Mübahisə vaxtı üstümə gəldiyi üçün hamamda divara qısılaraq qaldım və qaçacaq yeri olmadı. Qışqırığıma anam yanıma gəldi və Səlimi tutub dartmağa çalışdı. Bu vaxtı Səlim təpiklə qarnıma, əli ilə başımdan tutaraq divara möhkəm vurdu”.
Bu cinayət işinə Qax Rayon Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasının, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən Səlimin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.
Fariz Məlikli
Demokrat.az