Ağdam rayonunda 1988-ci il təvəllüdlü Rabil şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı qardaşı Rövşənə xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə 1 may 2024-cü ildə Ağdam rayonunun Kəlbahüseynli kəndində baş verib.
Rabil həmin gün saat təxminən 16 radələrində yaşadığı Kəlbahüseynli kəndi ərazisində yerləşən fərdi yaşayış evində qardaşı Rövşən ilə sonuncunun ona pul borclu olduğunu iddia edərək ünvanına nalayiq ifadələr işlətməsinə görə aralarında yaranmış şəxsi münasibətlər zəminində mübahisə zamanı yumruqla bir dəfə çənə nahiyəsinə zərbə vurub.
Hadisəni törədən Rabilin barəsində Cinayət Məcəlləsinin 127.1-ci (zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Rabil ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, zərərçəkmiş Rövşən onun doğma qardaşıdır, onunla aralarında əvvəllər heç bir düşmənçilik və ya ədavət olmayıb: “2022-ci ildə mənim borclarım olduğuna görə qardaşım Rövşəndən ona məxsus bir baş iribuynuzlu heyvanı mənə verməsini xahiş etdim ki, həmin heyvanı satıb borclarımı ödəyim, daha sonra isə 6 ay müddətində Rövşənin pulunu verim. Rövşən də mənimlə razılaşdı. Rövşənə məxsus bir baş iribuynuzlu heyvanı hazırda xatırlamadığım şəxsə 1400 manata sataraq həmin pulla borclarımı ödədim. Lakin həmin gündən etibarən Rövşən məndən pulunu tələb etməyə başladı. Rövşənə pulumun olmadığını, 6 ay ərzində ödəyəcəyimi bildirsəm də, Rövşən sözlərimə məhəl qoymadı, bu barədə Ağdam Rayon Məhkəməsinə müraciət etdi. Məhkəmə bu barədə qərar qəbul etdikdən sonra borclarımı tamlıqla ödədim. Lakin Rövşən bundan sonra da pul borclu olduğumu iddia edərək yenidən pul tələb etdi. Buna görə də qardaşım Rövşənlə aramızda tez-tez mübahisələr oldu”.
Təqsirləndirilən şəxs qeyd edib ki, məlum hadisə günü saat təxminən 16:00-da Ağdam rayon Kəlbahüseynli kəndində yerləşən anası Xanımqızla birlikdə yaşadığı evdə olarkən onlarla qonşuluqda yaşayan qardaşı Rövşən oraya gəlib və yenidən ondan pul tələb etməyə başlayıb: “Rövşənə pul borclu olmadığımı bildirsəm də, Rövşən mübahisə etməkdə davam etdi. Həmin vaxt yaşadığımız evin giriş qapısının qarşısında dayanmışdım. Mübahisə zamanı Rövşən ünvanıma nalayiq ifadələr işlətməyə başladı. Rövşənin bu sözlərindən əsəbləşərək ona tərəf yaxınlaşdım və bir dəfə yumruqla onun çənə nahiyəsinə zərbə endirdim. Rövşən çənəsini tutaraq oradan uzaqlaşdı. Bundan sonra məni Ağdam Rayon Polis Şöbəsinə dəvət etdilər. Bildim ki, qardaşım Rövşən barəmdə polis şöbəsinə şikayət edib”.
Bu cinayət işinə Ağdam Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Rabil aylıq qazancının 15 faizi dövlət nəfinə tutulmaqla 1 il 6 ay müddətinə islah işləri cəzasına məhkum edilib.
Fariz Məlikli
Demokrat.az