Dünya şöhrətli “NomadMania” səyyah klubu Şuşada — YENİLƏNİB

XARİCİ SİYASƏT 24 aprel 2025, 14:43
Qarabağa səfər edən dünyanın 30 ölkəsindən gələn səyyahlar Füzulidən sonra Azərbaycanın tarixi və mədəniyyət mərkəzlərindən olan Şuşa şəhərinə gəliblər. Onlar Şuşanın əsrarəngiz təbiəti, tarixi yerləri və burada həyata keçirilən quruculuq işləri ilə tanış olublar.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, səyyahların Şuşa şəhəri ilə tanışlığı Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin güllələnmiş heykəlləri olan mərkəzi meydanla başlayıb. Qonaqlara Şuşa şəhəri, işğal dövründəki vəziyyəti və burada həyata keçirilən yenidənqurma işləri barədə məlumat verilib. Bildirilib ki, 30 ilə yaxın işğal dövründə Şuşa şəhərindəki tarixi binalar, məscidlər, abidələr erməni vandalizminə məruz qalıb. Şuşa işğaldan azad edildikdən sonra burada genişmiqyaslı bərpa-quruculuq işlərinə start verilib. İnfrastrukturun qurulması ilə yanaşı, Şuşada şəhərin əsl tarixi simasının, tarix və mədəniyyət abidələrinin bərpasına başlanılıb.

Səyahətçilər Xurşidbanu Natəvanın evi, Xan qızı bulağı olan ərazi, qala divarları və Yuxarı Gövhər Ağa məscidi ilə tanış olublar. Sonda Cıdır düzünə gələn səyyahlar buradan açılan əsrarəngiz mənzərəni seyr edib, sonra Xankəndiyə yola düşüblər.

Heyət 3 gün ərzində Qarabağ və Şərqi Zəngəzurda olacaq, aparılan nəhəng bərpa və quruculuq işlərini, minatəmizləmə fəaliyyətini, Ermənistan tərəfindən işğal dövründə törədilmiş vəhşilikləri, dağıntıları müşahidə edəcək.

Bu səfər azad edilmiş ərazilərin “black tourism” çərçivəsində tanıdılmasında müstəsna rol oynayır.

Qeyd edək ki, Vətən müharibəsindən ötən 5 il ərzində dünyanın əsas beynəlxalq səyyah şəbəkələrinin – ETIC, MTP, TCC, “NomadMania” və əksəriyyəti bu klubların üzvləri olan Türkiyə Gəzginlər Klubu, “Club-100” (İsveç), “Piki Reels” (Böyük Britaniya), “Vagaclub” (Norveç) klublarının geniş tərkibdə heyətlərinin 12 dəfə Qarabağ və Şərqi Zəngəzura səfərləri gerçəkləşib. Budəfəki səfər isə prosesin davamı olmaqla, beynəlxalq səyyahların azad edilmiş ərazilərə sayca 13-cü qrup səfəridir.

***
12:23

Bu gündən dünyanın tanınmış səyyahlarından ibarət geniş heyətin Qarabağa növbəti səfəri başlayıb. Onlar ilk olaraq Füzuli şəhərinə gəliblər.


Demokrat.az AZƏRTAC-a istinadən xəbər verir ki, “NomadMania” səyyah klubunun təşəbbüsü ilə gerçəkləşən səfərdə dünyanın 30 ölkəsinin - ABŞ, Britaniya, Belçika, Almaniya, İsveçrə, Polşa, Niderland, Fransa, Braziliya, Mərakeş, Danimarka, Çili, Portuqaliya, Sierra Leone, Ruanda, Suriya, Hindistan, Serbiya, Yunanıstan, Albaniya, Türkiyə, Slovakiya, Sinqapur, İtaliya, İspaniya, İran, Kamerun, Çin, Avstraliya və Yeni Zelandiyadan olan nüfuzlu beynəlxalq səyahətçilər yer alır.

Səyyahlar Füzuli Beynəlxalq Hava Limanı ilə tanış olublar. 2021-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə istifadəyə verilən hava limanı rekord müddətdə tikilib. Füzuli Beynəlxalq Hava Limanı bu gün təkcə nəqliyyat qovşağı deyil, həm də Qarabağ regionunun əlçatanlıq və inkişaf simvoludur. Bu hava limanı Zəfər yolunun qapısı və Şuşa şəhərinə gedən əsas nəqliyyat qovşaqlarının açarıdır.

“Gulfstream V”, “Falcon 7X”, “Airbus 319”, “Airbus 320”, “Embraer 190”, genişgövdəli “İL-96”, “Airbus 330”, “Airbus 340” və “Boeing 787” kimi hava gəmilərinin Füzuli aeroportuna uğurlu enişi onun müxtəlif tipli təyyarələri qəbul etmək qabiliyyətini, müasir texnoloji səviyyəsini və beynəlxalq standartlara uyğunluğunu bir daha təsdiqləyir.

Füzuli aeroportunda müxtəlif növ hava gəmilərinin təhlükəsiz və rahat şəkildə enib qalxmasına imkan verən 3000 metr uzunluğunda və 60 metr enində uçuş-enmə zolağı mövcuddur. Hava limanında avtomatlaşdırılmış sistemlərlə təchiz olunan Hava Hərəkətini İdarəetmə qülləsi ICAO və IATA standartlarına müvafiq şəkildə uçuşların idarə olunmasını təmin edir.

Bundan əlavə, müasir infrastrukturla təchiz olunan terminal, saatda ən azı 200 sərnişinin buraxılışına imkan verir.

Bu gün Qarabağın hava qapısı olan Füzuli Beynəlxalq Aeroportu, bölgənin iqtisadi, siyasi və mədəni həyatında mühüm rol oynayan nəqliyyat-logistika mərkəzə çevrilməkdədir.

Səyahətçilər azad edilən Füzulidə dövlətimiz tərəfindən aparılan tikinti-quruculuq işlərinə də şahidlik ediblər. Qonaqlara görülən işlər barədə ətraflı məlumat verilib.

Heyət 3 gün ərzində Qarabağ və Şərqi Zəngəzurda olacaq, aparılan nəhəng bərpa və quruculuq işlərini, minatəmizləmə fəaliyyətini, Ermənistan tərəfindən işğal dövründə törədilmiş vəhşilikləri, dağıntıları müşahidə edəcək.

Bu səfər azad edilmiş ərazilərin “black tourism” çərçivəsində tanıdılmasında müstəsna rol oynayır.

Qeyd edək ki, Vətən müharibəsindən ötən 5 il ərzində dünyanın əsas beynəlxalq səyyah şəbəkələrinin – ETIC, MTP, TCC, NomadMania və əksəriyyəti bu klubların üzvləri olan Türkiyə Gəzginlər Klubu, Club-100 (İsveç), “Piki Reels” (Böyük Britaniya), “Vagaclub” (Norveç) klublarının geniş tərkibdə heyətlərinin Qarabağ və Şərqi Zəngəzura 12 dəfə səfərləri gerçəkləşib. Budəfəki səfər isə prosesin davamı olmaqla, beynəlxalq səyyahların azad edilmiş ərazilərə sayca 13-cü qrup səfəridir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top