Bişkekdə Azərbaycan təsviri sənətinin inkişaf mərhələləri və yaradıcılıq istiqamətləri müzakirə olunub — FOTOLAR

MƏDƏNİYYƏT 23 aprel 2025, 13:56
Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində Qırğızıstan Milli İncəsənət Muzeyində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin prorektoru sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Sevil Kərimovanın “İrs inciləri: Azərbaycan orta əsr rəssamlığı” mövzusunda mühazirəsi təşkil olunub.

Demokrat.az xəbər verir ki, mühazirəni müvafiq sahələr üzrə tələbələr, mədəniyyət işçiləri və tədqiqatçılar dinləyiblər.

Sənətşünas alim Azərbaycan təsviri sənətinin inkişaf mərhələləri və yaradıcılıq istiqamətləri barədə ətraflı məlumat verib. 

Mühazirədə Qobustan və Gəmiqayadakı qayaüstü təsvirlərdən orta əsr miniatür rəssamlığına qədər bu sahənin inkişaf tendensiyaları, müxtəlif regionlar üzrə sənət məktəblərinin formalaşması məsələlərindən bəhs olunub. 

Alim sonda iştirakçıları maraqlandıran sualları ətraflı cavablandırıb.







SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
09 iyun 2025, 14:45
09 iyun 2025, 14:30
Top