Azərbaycanla Çin arasında vizasız gediş-gəliş haqqında Saziş imzalanıb. Bu, Azərbaycan iqtisadiyyatı və turizmi üçün nə vəd edir?
Mövzu ilə əlaqədar Demokrat.az-a millət vəkili Ceyhun Məmmədov danışıb.
O qeyd edib ki, səfər əsnasında bir neçə mühüm sənəd imzalandı:

“Strateji müttəfiqlik haqqında 20 sənəd imzalandı. Təbii ki, bu onu göstərir ki, Azərbaycan Çin münasibətləri inkişaf edir. Çin Azərbaycana özünün strateji müttəfiqi kimi baxır. Çin Azərbaycanla əlaqələrinin inkişafında və daha da güclənməsində, möhkəmlənməsində maraqlıdır. Bu gün bizim əlaqələrimiz daha da inkişaf edir. Çin güclü iqtisadiyyata malikdir. Eyni zamanda bu səfərdə vizaların ləğv məsələsi müzakirə olundu. Müəyyən bir müddət, müəyyən bir dövr nəzərə alınmaqla vətəndaşların vizasız səfəri nəzərə alındı. Bu, Çin vətəndaşlarının Azərbaycana səfərini, azərbaycanlıların Çinə rahat gediş-gəlişinə, turizmin inkişafına, iqtisadiyyatın inkişafına çox mühüm, olduqca önəmli töhfələr verəcək. Əlaqələrimiz, münasibətlərimiz daha da güclənəcək, daha da möhkəmlənəcək”.
Leyla Turan
Demokrat.az