Prezidentin müsahibəsində diqqətçəkən DETALLAR — FOTO

GÜNDƏM 24 aprel 2025, 13:33
Çində rəsmi səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyev Pekində CGTN (China Global Television Network) telekanalına müsahibə verib.

Demokrat.az xəbər verir ki, müsahibə zamanı çəkilən kadrlarda Prezidentin əyləşdiyi kreslonun yanında yerləşdirilmiş masa üzərindəki çay, su və limon sosial şəbəkələrdə geniş marağa səbəb olub.

Diqqətçəkən məqam isə suyun işğaldan azad edilmiş Kəlbəcər rayonunda istehsal olunan “İstisu” brendinə aid olmasıdır.

Bundan əlavə, çayın Azərbaycan mədəniyyətinə xas olaraq armudu stəkanda təqdim edilməsi və limonun bütöv halda masada yerləşdirilməsi izləyicilər tərəfindən simvolik jest kimi qiymətləndirilib.

Bu detallar ölkənin suverenliyinin və mədəni irsinin nümayişi kimi dəyərləndirilib.

Müşahidəçilər belə simvolların beynəlxalq görüşlərdə Azərbaycanın milli kimliyinin təbliğində əhəmiyyətli rol oynadığını bildirirlər. Müsahibənin təkcə məzmunu deyil, vizual detalları da ictimai rəydə müsbət qarşılanıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top