İstanbul zəlzələsində Özbəkistan vətəndaşı qorxudan ölüb

HADİSƏ 24 aprel 2025, 22:33
Türkiyədəki Özbəkistan Baş Konsulluğu ölkə vətəndaşının İstanbulda baş verən zəlzələ zamanı vəfat etdiyini bildirib.

Oxu.Az xəbər verir ki, bu barədə konsulluğun "Telegram" kanalında məlumat yayılıb.

Yayımlanan açıqlamada kişinin ölüm səbəbinin qorxu olduğu qeyd edilib. Ürək çatışmazlığından əziyyət çəkən vətəndaşın zəlzələ zamanı yuxarı mərtəbədə olarkən şiddətli qorxuya düşdüyü və bu səbəbdən həyatını itirdiyi bildirilib.

Xatırladaq ki, 23 apreldə İstanbulda 6.2 bal gücündə zəlzələ qeydə alınıb. Hadisə nəticəsində 150-dən çox insan binaların pəncərələrindən tullanaraq müxtəlif dərəcəli xəsarətlər alıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
24 aprel 2025, 22:11
24 aprel 2025, 20:43
Top