"Xural" internet televiziyasının həbsdə olan rəhbəri Əvəz Zeynallının xəstəliyi ilə bağlı cəzasının qalan hissəsindən azad olunması ilə bağlı məhkəməyə etdiyi müraciətə baxılıb.
Demokrat.az-ın məlumatına görə, Nizami Rayon Məhkəməsində hakim Nigar Qədirlinin sədrliyi ilə keçirilən proses Əvəz Zeynallı məhkəməyə gətirilmədiyi üçün iclas onlayn formatda baş tutub.
Vəkil Rəşad Əliyev bildirib ki, müvəkkilinin xərçəng xəstəliyi müayinə olunaraq təsdiqini tapib. Buna görə də Əvəz Zeynallının cəzasının qalan hissəsindən azad olunması ilə bağli qərar çıxarılmasını məhkəmədən istəyib.
Digər vəkil Fəxrəddin Mehdiyev də müvəkkilinin vəziyyətinin ağır olduğunu nəzərə alaraq prosesin uzadılmamasını və qərar verilməsini xahiş edib.
Müşavirədən sonra Əvəz Zeynallının xəstəliyinin təstiqi üçün tibbi şəhadətnamənin məhkəməyə verilməsinin təmin olunması ilə bağlı qərar qəbul olunub.
Qərarda bildirilir ki, tibbi şəhadətləndirilmə Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinə tapşırılsın. Həmin rəylər ixtisaslaşdırılmış ekspertlər tərəfindən həyata keçirilməklə bir ay ərzində təqdim olunmalıdır.
Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Əvəz Zeynallı doqquz il, Elnur Şükürov isə dörd il müddətinə azadlıqdan məhrum ediliblər.
Birinci instansiyanın hökmü ilə bağlı apellyasiya şikayəti verilsə də, Bakı Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb.
Daha sonra Ali Məhkəmədə hakim Teyyub Muxtarovun sədrliyi ilə keçirilən prosesdə kassasiya şikayətinə baxılaraq qismən təmin edilib.
Əvəz Zeynallının cəzası iki ay, Elnur Şükürovun həbs müddəti isə bir il azaldılıb.
Qeyd edək ki, Əvəz Zeynallıya Cinayət Məcəlləsinin 178.2.1, 311.3.2, 311.3.3, 311.3.4, 32.4, 312.2 və 312-1.1-ci maddələri, Elnur Şükürova isə həmin məcəllənin 178.2.1, 32.4, 312.2 və 312-1.1 və digər maddələri ilə ittiham irəli sürülüb.