"Kurtlar Vadisi"nin məşhur aktyoru vəfat etdi

DÜNYA 24 aprel 2025, 16:41
Məşhur türkiyəli aktyor və şair Yavuz Çetin vəfat edib.

Demokrat.az-ın İHA-ya istinadən xəbərinə görə, bu barədə mərhumun ailəsi sosial şəbəkə hesabında məlumat verib.

Məlumata görə, bir müddətdir xərçəng xəstəliyindən müalicə alan Yavuz Çetin 65 yaşında dünyasını dəyişib.

Çetinin cənazəsi Sultan II Bəyazid məscidində günorta namazından sonra Tekirdede qəbiristanlığında torpağa tapşırılacaq.

Qeyd edək ki, Y.Çetin evli olub və bu nikahdan iki övladı dünyaya gəlib.

Xatırladaq ki, Yavuz Çetin "Cin çeşmesi", "Siccin 3: Cürmü aşk", "Üç Harfliler 2: Hablis", "Siccin 2", "Leblebi Tozu", "Gönül hırsızı", "İki dünya arasında", "Firar", "Bendeyar", "Nakş-ı Dil Sultan", "Hür adam", "Sakarya Fırat", "Kolpaçino: Bir şehir efsanesi", "Kayıp prenses", "Yemin", "Sır gibi", "Kuzey ruzgarı", "Kurtlar Vadisi Pusu", "Pars: Kiraz operasyonu", "Kaybolan yıllar", "Acı hayat", "Şubat soğuğu", "Yabancı damat", "Son yaprak", "Kurtlar Vadisi", "Gurbet kadını", "Esir şehrin insanları", "Abdülhamit düşerken", "Fırat" kimi tanınmış film və seriallarda rol alıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top