Azərbaycan Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu vasitəsilə neft məhsullarının daşınmasını nəzərdən keçirir. Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC sədrinin müşaviri Emil Məmmədov Bakıda keçirilən “Xəzər və Mərkəzi Asiya Neft Ticarəti və Nəqliyyatı Forumu”nda çıxışı zamanı bildirib.Onun sözlərinə görə, Azərbaycanın neft sahəsində mövcud infrastrukturu ölkəni həm xam neftin, həm də neft məhsullarının istehsalı və tədarükündə regionun əsas oyunçularından birinə çevirib.
Mövzu ilə əlaqədar Demokrat.az Neft Araşdırmalar Mərkəzinin rəhbəri, enerji məsələri üzrə ekspert İlham Şabanın fikirlərini öyrənib.
O qeyd edib ki, yeni marşrutlar, yeni imkanlar deməkdir:
“Türkiyəyə neft məhsullarının daşınması daha ucuz başa gələcək. Ona görə ki əvvəllər Qara dənizə daşınırdı. Oradan sonra isə tankerlərlə başqa ölkələrə. Bir sözlə indi nəqliyyat xərcləri daha aşağı olacaq”.
Qeyd edək ki, Bakı-Tbilisi-Qars dəmir yolu 2017-ci ildə istismara verilib və Çin ilə Avropa arasında daha qısa və sürətli nəqliyyat bağlantısı yaratmaq məqsədi daşıyır. Bu marşrut, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM) çərçivəsində mühüm bir halqadır.
Leyla Turan
Demokrat.az