"Çin bizimlə müəyyən platformalarda hərəkət etməyə hazırdır" — Fazil Mustafa

GÜNDƏM 24 aprel 2025, 18:09
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 22-də Çin Xalq Respublikasına dövlət səfərinə gedib.

Millət vəkili Fazil Mustafa Demokrat.az-a açıqlama verib.

O deyib ki, Çin Xalq Respublikası ilə əməkdaşlığımızın bu dərəcə yüksək olması sevindiricidir:

“Dünyanın aparacı iqtisadi gücü olan bir ölkənin Azərbaycanla belə əlaqələrinin olması yaxşı haldır.  Bu formada intensiv inkişaf edən əlaqələrin olması Çinin də marağındadır. Biz bölgənin lider dövləti kimi bu prosesləri daha da irəli götürməyi düşünürük. Ölkə Prezidentinin Çinə səfəri, yüksək səviyyədə qarşılanması onu göstərir ki, Çinin ölkəmizə marağı xüsusidir. Çin bizimlə müəyyən platformalarda hərəkət etməyə hazırdır”.

Leyla Turan
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
24 aprel 2025, 22:11
24 aprel 2025, 20:43
Top