Su basan Bakı-Quba yolu ilə bağlı tədbir görüləcək? — "XEYR"

SOSİAL 24 aprel 2025, 17:24
Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi ödənişli avtomobil yolu da yaxın günlərdə yağan güclü yağışın sınağından çıxa bilmədi. Bəs 2018-ci ildə tikintisinə 150 milyon manat ayrılan yol hansı səbəblərdən su altında qaldı? Yolun tikintisi zamanı ərazinin relyefi və baş verə biləcək hallar niyə nəzərə alınmamışdı?

Ajans.az mövzu ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) sorğu ünvanladı. Qurumun İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli bildirdi ki, yeni yollar inşa olunarkən yolun keçdiyi ərazilər üzrə təbii fəlakətlərin baş vermə statistikasına uyğun tikinti işləri icra olunur:

“Misal olaraq, sel təhlükəsi. Hətta statistikaya uyğun hansısa ərazidən nə zamansa 1 dəfə sel keçibsə belə, bu nəzərə alınır və yolun altından suötürücü borular, su keçidləri inşa edilir. Ödənişli yolun tikintisi zamanı da bütün bunlar nəzərə alınıb. Axırıncı selin keçdiyi yolun 129-cu km-də 6 suötürücü keçid və boru inşa edilib. Sadəcə olaraq, sel gəldiyi zaman təkcə sudan ibarət olmur. Gəldiyi ərazi boyu özü ilə bərabər daş parçaları, lil, ağac qırıntıları və sair də gətirir. Bu isə suötürücü boruları tuta və suyun həmin borulardan axmasını ləngidə bilər”.

Maraqlıdır ki, “Yaşanan problemin təkrarlanmaması üçün gələcəkdə hansı tədbirlər görüləcək?” sualına belə cavab aldıq:

“Xeyr. Tikinti işləri zamanı qeyd etdiyim kimi, bütün bu kimi fəlakətlər nəzərə alınıb”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
24 aprel 2025, 20:43
Top