Şuşada səfərdə olan Reynout və Rutgers Prakke adlı niderlandlı əkiz səyyahlar Azərbaycanda olmaqdan məmnunluqlarını ifadə ediblər.
Demokrat.az "Report"a istinadən xəbər verir ki, Niderlanddan olan əkiz qardaşların sözlərinə görə, onlar indiyə qədər çox sayda ölkəyə səfər ediblər.
R.Prakke Azərbaycana ilk dəfə 2000-ci ildə gəldiyini vurğulayıb:
"İkinci dəfə 2004-cü ildə ölkənizdə olmuşam. İndi isə biz azad edilmiş əraziləri ziyarət edirik. Əvvəlki iki səfərimdə bu əraziləri görməyim mümkün olmayıb, ona görə də bu, bizim üçün çox yaxşı təcrübədir. Biz burada insanların əraziləri yenidən qurduğunu görürük və bundan çox ruhlanırıq".
R.Prakke isə səfərləri çərçivəsində Şuşaya qayıdan şəhər sakinləri haqqında məlumat aldıqlarını deyib:
"Bakıdan buraya qayıdan və yeni iş və mənzillə təmin olunan insanlar haqqında məlumat aldıq. İnşa edilmiş yeni hava limanını gördük, Azərbaycan hökumətinin azad edilmiş əraziləri yenidənqurma prosesi çox sürətlidir.
Biz digər yerləri də görmək üçün çox həyəcanlıyıq. Növbəti iki gündə də azad edilən ərazilərdə olacağıq. Daha sonra isə Bakıya qayıdıb, oradan Naxçıvana səfər edəcəyik. Ümumilikdə səfər barədə onu deyə bilərik ki, Azərbaycanı çox bəyəndik".
Səyyahlar sonda Azərbaycanın işğaldan azad edilmiş ərazilərini Bosniya və Herseqovinadakı dağıntılarla müqayisə ediblər:
"Orada da çoxlu dağılmış evlər vardı. Ancaq Bosniyada yenidənqurma prosesi buradakından daha çox vaxt apardı, lakin ərazinin işğalçılar tərəfindən dağıdılması baxımından bura Balkanlarla çox oxşardır".