Binəqədidəki yanğında 5 ağaca ziyan dəyib — FOTO

HADİSƏ 21 aprel 2025, 17:08
Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsi, “Tayqa” marketin anbarında aprelin 20-də baş verən yanğın zamanı 5 ağac yanıb.

Demokrat.az xəbər verir ki, bunu 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Qafar Ağayev bildirib.

O qeyd edib ki, nəticədə təbiətə 11700 manat məbləğində ziyan dəyib: "Faktla bağlı akt tərtib olunub. Təqsirkarların müəyyən olunması və barələrində qanunamüvafiq tədbirlərin görülməsi məqsədilə toplanmış sənədlər Fövqəladə Hallar Nazirliyinin Əməliyyat İstintaq İdarəsinə göndərilməsi üçün hazırlanır".

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top