Bakıda "VMF Continental" mağazasından 85 min manat dəyərində saat oğurlamaqda təqsirləndirilən Çin Xalq Respublikasının vətəndaşları Janq Quomin və Liu Bonun cinayət işləri üzrə məhkəmənin yekun prosesi keçirilib.
Demokrat.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən sonuncu prosesdə hökm elan edilərək, Janq Quomin və Liu Bonun hər biri beş il azadlıqdan məhrum edilib.
Xatırladaq ki, prokuror təqsirləndirilən əcnəbilərin hər ikisinin yeddi il azadlıqdan məhrum edilməsini məhkəməyə təklif edib.
Məlum olub ki, təqsirləndirilən şəxslər "VMF Continental"ın Yasamal filialında dəyəri 85 min 28 manat olan "Breguet" markalı saatı görmək üçün satıcı İradə Baramovadan onu vitrindən çıxarmasını xahiş ediblər. Onlar saatın şəklini çəkdikdən sonra Liu Bo satıcının diqqətini yayındıraraq başqa saatı göstərməsini xahiş edib, Janq Quomin isə saatı oğurlayıb və bununla da təqsirləndirilən şəxslər mağazaya külli miqdarda ziyan vurublar.
Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 177.3.2-ci (oğurluq, külli miqdarda ziyan vurduqda) maddəsi ilə ittiham olunublar.